“Motorola Solutions” Azərbaycan bazarına yeni məhsullarını təqdim edəcək
"Motorola Solutions" şirkətinin Azərbaycan radiorabitə avadanlığı bazarında payı 50 faizdən çoxdur.
Şirkətin region üzrə rəhbərinin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, Azərbaycanda təhlükəsizlik xidmətləri və dövlət qurumları tərəfindən "Motorola Solutions" şirkətinin ən müasir avadanlıqları istifadə edilir.
"Digər ölkələrdə olduğu kimi, burada da "Motorola"nın əməkdaşlıq portfoliosunun 50-60 faizi dövlət qurumlarının payına düşür. Azərbaycanda təhlükəsizliyin təmin edilməsinə yüksək diqqət yetirilir və ictimai təhlükəsizlik xidmətləri ilə yanaşı, bizim qurğular və sistemlər təcili yardım, yanğınsöndürmə, polis sistemində istifadə edilir. Neft-qaz və nəqliyyat sahəsində də şirkətimizin məhsullarından geniş istifadə olunur", - deyə o qeyd edib.
Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının radiokommunikasiyalar ilə təchiz edilməsində "Motorola Solutions"un ən son nəsil müasir avadanlıqları istifadə edilir və yaxın zamanda şirkət yerli bazara daha yeni məsullarını təqdim etmək niyyətindədir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL