waplog

Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub


Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Lüksemburq şəhərində Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşü keçirilib.
 
 
Cari ilin 11 iyun tarixində Avropa Birliyi tərəfindən Lüksemburqda "Rəqəmli İqtisadiyyat" (Digital Economy) birinci Nazirlər toplantısı keçirilib.
 
 Tədbirdə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq nazir və digər rəsmi şəxsləri iştirak edib.
 
Azərbaycanı bu tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti  təmsil edib. Nazir müavini ölkəmizdə rəqəmli bazarın mövcud vəziyyəti ilə bağlı tədbirdə çıxış edib.
 
Birinci Nazirlər görüşünün sonunda vahid rəqəmli iqtisadiyyat üzrə Bəyannamə qəbul edilib.
 
Bəyannamə Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin rəqəmli bazarlarının Avropa Birliyi ölkələri ilə harmonizasiyalaşdırılması və seçilmiş istiqamətlər (elektron xidmətlər, elektron hökumət, elektron səhiyyə, gömrük,  rəqəmsal  nəqliyyat dəhlizləri, e ticarət, İKT əsaslı infrastruktur üçün ticarət, İKT əsaslı infrastruktur idarəetmə prinsipləri, rabitə şəbəkələri, informasiya və kibertəhlükəsizlik) üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.  
 
Həyata keçiriləcək tədbirlər həmçinin, 2015-ci ilin may ayında Avropa Birliyi ölkələri tərəfindən qəbul olunmuş rəqəmli bazarın inkişafı üzrə strategiyanın (A Digital Single Market Strategy for Europe) tərkib hissəsidir.
 
 
Tədbir çərçivəsində həmçinin nazir müavini E.Vəlizadə Avropa Komissiyasının Vahid Rəqəmli Bazar üzrə Avropa komissarı Andrus Ansip arasında ikitərəfli görüş keçirilib və əməkdaşlıq məsələləri müzakirə edilib. Avropa komissarı Andrus Ansip "Bakutel-2015" sərgisinə dəvət edilib.



 



Tədbirdə həmçinin "EaPConnect" layihəsi çərçivəsində Şərq Tərəfdaşlığı  ölkələrinin Milli Elm və Təhsil Şəbəkələrinin Avropanın GEANT şəbəkəsinə geniş  inteqrasiya üçün Avropa Komissiyası  ilə GEANT Assosiasiyası arasında  müqavilə imzalanıb.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL