“Azərkosmos” yeni müqavilə imzalayıb
Azərbaycanın milli peyk operatoru “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti sorğu xidmətləri üzrə müqavilə imzalayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müqavilə “SİAR Intelligence” məhdud məsuliyyətli cəmiyyətilə bağlanılıb.
Müqavilə çərçivəsində “SİAR Intelligence” MMC “Azərkosmos” ASC-yə “Peyk televiziyası operatoruna olan tələbatın öyrənilməsi üçün respublika üzrə əhali arasında müvafiq sorğunun keçirilməsi” istiqamətində xidmətlər göstərəcək.
Qeyd edək ki, müqavilənin ümumi dəyəri 9140 manat təşkil edib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL