waplog

“Fujitsu” gözün torlu qişasının skaneri ilə təchiz edilmiş ilk smartfonunu təqdim edib


Yaponiyanın “Fujitsu” şirkəti yerli “NTT DoCoMo” operatoru ilə əməkdaşlıq çərçivəsində gözün qüzehi qişasının skaneri ilə təchiz edilmiş smartfonun ilk kommersiya modelini təqdim edib.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “YouTube” videohostinqində yerləşdirilmiş videoçarxa əsasən “Android” platforması ilə işləyən smartfon öz sahibini bir saniyə ərzində “tanıyır”. “Iris Passport” funksiyası, hətta eyni qurğunu blokdan çıxarmağa çalışan əkizlərin gözləri arasındakı fərqi ayırır.
 
“Arrows NX F-04G” smartfonu 5,2 düymlük “IPS” matrisli (1440x2560) ekran, səkkiznüvəli “Qualcomm Snapdragon 810” prosessoru və “Adreno 430” qrafik sürətləndiricisi ilə təchiz edilib. Akkumulyator batareyasının həcmi 3120 milliamper/saat təşkil edir.
 
Əməli yaddaşın tutumu 3 QB, daxili yaddaşın tutumu isə 32 QB təşkil edir. “Sony” şirkətinin məhsulu olan əsas fotomodulun təsvir ölçüsü 21 meqapiksel təşkil edir. Aparat “Android 5.0” (“Lollipop”) mobil əməliyyat sistemi ilə işləyir.
 
“Arrows NX F-04G” smartfonu, həmçinin məlumatları saniyədə 225 meqabit sürətlə ötürən “LTE-Advanced” texnologiyasını, “LTE” texnologiyası (“Voice-over-LTE”) üzrə səsin ötürülməsi funksiyasını, “NFC”, “GPS” və “Wi-Fi” (a/b/g/n/ac) modullarını dəstəkləyir.
 
Yeni qurğu hələ ki yalnız Yaponiyada 750 dollara satılır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL