waplog

Hollandiyada “3D” çap vasitəsilə körpü tikiləcək


“3D” çap texnologiyası getdikcə həyatımızın bütün sahələrinə və tikinti sənayesinə ciddi templə daxil olur. Belə ki, Hollandiyanın “MX3D” şirkəti “3D” printerin köməyi ilə Amsterdam şəhərindəki kanallardan birinin üzərində körpü tikəcək.
 
"ICTnews" elektron xəbər xidməti “tjournal.ru” saytına istinadən bildirir ki, “MX3D” şirkəti körpünün köməyi ilə qabaqcıl çoxoxlu konstruksiya sayəsində fiziki obyektləri birbaşa havada "çəkməyə" qadir “3D” printerini nümayiş etdirəcək.
 
Bu körpü onu nümayiş etdirəcək ki, “3D” çap, nəhayət, ekoloji cəhətdən təmiz materiallardan ibarət böyük funksional obyektlər dünyasına daxil olmağa hazırdır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL