Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaq sahələri rəqəmsallaşdırılacaq
«Azərbaycan Respublikasının ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin identifikasiyası (TSİS) üçün torpaq sahələrinin rəqəmsallaşdırılması və ilkin coğrafi məlumatlar bazasının yaradılması» üzrə işlərin təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi bildiriş yayıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, nazirlik sözügedən bildirişlə torpaq sahələrinin rəqəmsallaşdırılmasında və ilkin coğrafi məlumatlar bazasının yaradılmasında maraqlı olan şəxsləri əməkdaşlığa dəvət edib. Belə ki, maraqlanan təşkilatlar (012) 498-14-17 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Nazirlik xəbərdarlıq edir ki, rəqəmsallaşdırılma və məlumatlar bazasının yaradılması ilə əlaqədar veriləcək təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 19 iyun 2015-ci il saat 17:00 tarixinədək qəbul olunur.
“Satınalma müqaviləsi üzrə ödənişlər köçürmə yolu ilə aparılacaqdır. Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymətlərdə malların qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərcləri nəzərə alınmaqla göstərilməlidir. Göndərilən mallar, yerinə yetiriləcək iş və xidmətlər əsas şərtlər toplusundakı bütün tələblərə cavab verməlidir. Qiymət təklifləri qapalı zərfdə, imzalanıb möhürlənərək 29 iyun 2015-ci il tarixində saat 17:00-a qədər Ü.Hacıbəyli küç. 80, Hökumət Evi, 7-ci mərtəbə, otaq 755 ünvanına təqdim olunmalıdır” – deyə bildirişdə qeyd olunub.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL