waplog

“Samsung” ucuz “Galaxy Tab E” planşetini təqdim edib


“Samsung Electronics” şirkəti yeni “Galaxy Tab E” planşet kompüterini təqdim edib. Bu model nazikdir və ucuz qiymətə satılır.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni aparat 1,3 QHs takt tezlikli dördnüvəli çip, 1,5 QB əməli və 8 QB genişləndirilmiş daxili yaddaş, 1280 x 800 təsvir ölçülü 9,6 düymlük ekran və iki kamera (5 meqapiksellik əsas və 2 meqapiksellik ön) ilə təchiz edilib.
 
Bundan başqa, yeni qurğu “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.0” və “GPS/QLONASS” simsiz kommunikasiya vasitələri, 5000 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib və “Android” mobil platformasının idarəetməsi ilə işləyir.
 
Qurğunun fiziki ölçüsü 241,9x149,5x8,5 mm, çəkisi 490 qram təşkil edir. Aparat mobil rabitəni dəstəkləmir.
 
“Samsung Galaxy Tab E” planşet kompüteri ilk öncə Tayvan bazarında təxminən 226 dollara satılacaq. Planşetin başqa ölkələrdə satışa çıxarılması haqda hələ ki heç nə məlum deyil.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL