waplog

Almaniya sakinləri mobil ödənişlərə etibar etmir


Almaniya sakinlərinin əksəriyyəti mobil ödənişlərin mühafizəsinin lazımi səviyyədə təmin olunmaması fikrindədir.
 
“Bitkom” şirkətinin məlumatına görə, Almaniya istifadəçilərinin yalnız 29 faizi alış-veriş zamanı smartfonlardan istifadə etməyə hazırdır. Həmçinin almanların 88 faizi mobil ödənişlərin təhlükəsizliyindən narahatdır.  
 
İstifadəçilərin 85 faizi hesab edir ki, mobil ödənişlər xidməti ödəniş məlumatlarının olduğu telefonun oğurlanması ehtimalını artırır. Bundan başqa, onların 72 faizi mobil ödənişlər sisteminin insanları sürətli alış-verişə sövq etməsini düşünür.
 
Tədqiqatdan həmçinin məlum olub ki, respondentlərin 72 faizi mobil ödənişlərdən heç vaxt istifadə etməyib və almanların 40 faizi yaxın gələcəkdə bu xidmətdən istifadə etməyi planlaşdırmır, - “Payspacemagazine www.payspacemagazine.com” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL