Moldova rəqəmli televiziya yayımına keçidə başlayır
İyunun 17-də Moldovada rəsmən yerüstü rəqəmli televiziya yayımına keçid üzrə prosesə start verilib.
Ölkənin informasiya texnologiyaları və rabitə naziri Pavel Filipin təqdimatına əsasən, aprelin 22-də Moldova hökuməti analoq televiziya yayımından rəqəmli formata keçid strategiyasını təsdiq edib.
Nazirin sözlərinə görə, analoq televiziya yayımından yerüstü rəqəmli yayıma keçid bir neçə mərhələdən ibarət olacaq. İlk üç il ərzində (keçid dövrü) rəqəmli yayım analoq yayımla birlikdə həyata keçiriləcək. Televizor qurğuları rəqəmli siqnalı qəbul etmək üçün qəbuledicilərlə təchiz edilən abunəçilər proqramları “DVB-T2” rəqəmli formatında qəbul edə biləcəklər. Həmçinin televiziyanı köhnə model televizorlarla seyr edən tamaşaçılar siqnalı analoq standartında qəbul etməkdə davam edəcəklər.
Qeyd olunur ki, keçid dövrü başa çatdıqdan sonra analoq formatlı televiziya siqnalının yayımı dayandırılacaq. Dövlət rəqəmli televiziya siqnalını qəbul etmək üçün əhalinin aztəminatlı təbəqəsini pulsuz qəbuledicilərlə təmin edəcək, - "Mediasat” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL