Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrində olan məlumatların sayı artıb
İyun ayının 1-dək bütün qurumlar üzrə Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemləri dövlət reyestrlərinə 246 məlumat daxil edilib.
Məlumatlardan 81-i Dövlət İnformasiya Ehtiyatlarının, 165-i Fərdi Məlumatların İnformasiya Sistemlərinin payına düşür.
May ayında Dövlət İnformasiya Ehtiyatları Reyestrinə daxil edilən məlumatların sayında dəyişiklik olmayıb, Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrinə isə 4 yeni məlumat daxil olunub.
Xatırladaq ki, dövlət reyestrləri “Elektron hökumət” sisteminin tərkib hissəsi hesab olunur və bu, “Elektron hökumət portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Prezidentinin 5 fevral 2013-cü il tarixli Fərmanında da öz əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181-4-cü maddəsinə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək cərimə tətbiq edilir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL