Elektron ticarət göndərişlərinin poçtla çatdırılmasına görə nə qədər rüsum ödənilməlidir?
Azərbaycanda elektron ticarətlə məşğul olan, onlayn şəkildə ölkə xaricindən mal sifariş verənlər poçtdaşımalarında tətbiq edilən tariflər haqqında bir çox hallarda məlumatsız olurlar. Bu səbəbdən də alıcılarla poçt işçiləri arasında mübahisələrin yaranması baş verə bilir.
Elektron ticarətdən istifadə edən Azərbaycan vətəndaşları hesab edir ki, beynəlxalq poçtdaşımaları ödənişsiz formada həyata keçirilir. Onların qənaətincə, əgər beynəlxalq internet saytları vasitəsi ilə alınan malların dəyəri ilə yanaşı, göndəriş xərcləri də qarşılanıbsa, bu zaman bağlanmanın Azərbaycana və eləcə də alıcının ünvanına çatdırılması zamanı hər hansı bir ödəniş həyata keçirilməməlidir.
Lakin bir çox hallarda alıcılar göndərişlərin ünvanlara çatdırılması zamanı bir sıra xidmətlərdən istifadə etdiklərinin fərqinə varmırlar.
Bu baxımdan qeyd etmək lazımdır ki, xaricdən göndərilən hər bir bağlama üzrə (çəkisindən asılı olmayaraq) gömrük baxışına görə 1,40 manat miqdarında ödəniş həyata keçirilməlidir.
Eyni zamanda bağlamanın ünvana, yəni sifarişçinin göstərdiyi mənzilə qiyməti bəyan olunmuş göndərişin, kiçik paketin, ödəmə şərtli göndərişin mənzilə çatdırılması üçün 1 manat miqdarında ödəniş edilməlidir.
Bununla yanaşı, beynəlxalq daşımalarda qeydiyyatlı göndərişin çatdırılmasına dair poçtla sadə xəbərnamənin qiyməti 1 manatdır.
Bağlamanın və M kisəsinin evə çatdırılması 2 manat, çəkisi 500 qramdan artıq kiçik paketin Poçt Şöbəsində verilməsi isə 60 qəpikdir.
O da qeyd edilməlidir ki, göndərişlərin poçt müəssisələrində saxlanılması da ödənişlidir. Belə ki, beynəlxalq daşımalarda çəkisi 500 qramdan artıq qiymətli məktub, banderol və kiçik paketin saxlanılması (bildiriş yazıldığı gündən 5 gün sonra hər gün üçün) 20 qəpikdir. Bağlamanın və M kisəsinin saxlanması rüsumu isə (bildiriş yazıldığı gündən 5 gün sonra hər gün üçün) 0,30 manatdır.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL