“Sony” yeni qabaqсıl smartfonunu təqdim edib
Rəsmi təqdim edilmiş qabaqcıl “Sony Xperia Z4v” smartfonu “Xperia Z3+” modelinin təkmilləşdirilmiş versiyasıdır.
Əsas fərq ekranla bağlıdır: yeni qurğuda ekranın təsvir ölçüsü 2560x1440 piksel təşkil edir. Bundan başqa, “Sony Xperia Z4v” aparatında akkumulyator batareyasının tutumu bir qədər artıb (2930-dan 3000 milliamper/saatadək), “Qi” və “PMA” simsiz enerjidoldurma texnologiyalarının dəstəyi əlçatan olub.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, hər iki smartfon 64 bitlik səkkiznüvəli “Qualcomm Snapdragon 810” çipi, 3 QB əməli yaddaş, 32 QB-lıq fləş daşıyıcı, iki kamera (20,7 və 5,1 meqapiksellik) və qurğunun daxili komponentlərini su və toz düşməsindən qoruyan korpusla təchiz edilib. Aparata “Android Lolipop” mobil əməliyyat sistemi quraşdırılıb.
“Sony Xperia Z4v” smartfonu 2015-ci ilin yayında ABŞ bazarına satışa çıxarılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL