waplog

Azərbaycanın 11 dövlət qurumu informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi ilə bağlı anket sorğusunu cavablandırıb


Məlum olduğu kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) cari ilin sentyabr ayından dövlət orqanlarının mülkiyyətində olan informasiya sistemlərinin növbəti monitorinqini keçirməyi planlaşdırır. 
 
 
Bununla əlaqədar müvafiq məlumatların əvvəlcədən əldə edilməsi məqsədilə MHM tərəfindən dövlət qurumlarının mülkiyyətində olan informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün anket sorğusu hazırlanaraq müvafiq qurumlara göndərilib. 
 
 
Artıq 11 dövlət qurumu informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün tərtib olunmuş anket sorğusunu cavablandırıb.
 
 
Anket sorğusunu cavablandıran dövlət qurumlarına Fövqəladə Hallar, Gənclər və İdman, İqtisadiyyat və Sənaye, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası, Müəllif Hüquqları Agentliyi, Statistika, Qiymətli Kağızlar, Diasporla İş dövlət komitələri daxildir.
 
 
Qeyd edək ki, sorğunu cavablandırmaq üçün https://www.e-gov.az/sorgu linkinə e-imza vasitəsilə daxil olaraq "Dövlət təşkilatlarında elektron xidmətlərin səmərəliliyini qiymətləndirən tədqiqat sorğusu"nda bəndlər üzrə müvafiq məlumatları doldurub, təsdiq etməklə elektron şəkildə göndərmək və ya həmin linkdən anket formasını çap edib, məlumatları  doldurub təsdiq edərək kağız şəklində RYTN-in  Məlumat Hesablama Mərkəzinə göndərmək olar. 
 
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL