waplog

Ödəniş terminalları vasitəsilə İnzibati xətalar üzrə ödənişlər həyata keçirmək mümkündür


Azərbaycan  Prezidenti  yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzinin  "ASAN ödəniş" terminalları və "asanpay.az" portalı vasitəsi ilə artıq İnzibati xətalar üzrə ödənişlər həyata keçirmək olar.

 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bunun üçün "ASAN ödəniş" sistemində qeydiyyatdan keçmək  və ya qeydiyyatsız ödəniş imkanından yararlanmaq olar.
 
Hazırda artıq "ASAN ödəniş" terminalları bir çox ticarət mərkəzləri və ictimai yerlərdə fəaliyyət göstərir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL