Korporativ smartfon bazarında nəzərəçarpacaq artım qeydə alınıb
“Strategy Analytics” şirkətinin ekspertləri 2015-ci ilin birinci rübündə qlobal korporativ smartfon bazarındakı vəziyyəti təhlil edib. Cari ilin birinci rübündə biznes aparatların satış həcmi 92 milyona yaxınlaşıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20 faiz yüksəkdir. Mütəxəssislərin hesablamasına görə, nəticədə qlobal smartfon bazarında korporativ smartfonların bazar payı 27 faiz təşkil edib.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, istifadəçilərin iş məqsədilə satın aldığı qurğular sözügedən bazarın təxminən 66 faizini təşkil edir. Daha çox “BYOD” termini ilə (“Bring your own device”) tanınan bu təcrübə Şimali Amerika və Asiya bazarlarında geniş yayılıb.
Həmçinin qeyd edilir ki, korporativ smartfon bazarının təxminən 33 faizi bilavasitə təşkilat və ya şirkətlər tərəfindən satın alınmış aparatlardan ibarətdir. Bu model Avropa ölkələrində üstünlük təşkil edir. Məsələn, Qərbi Avropada ötən rübdə satın alınmış 10 milyon korporativ smartfonun 61 faizi firmalar tərəfindən satın alınıb.
Bundan başqa, hesabata əsasən, “Android” mobil əməliyyat sistemi korporativ smartfon bazarında liderdir: bu platforma ötən rüb tədarük edilmiş bütün korporativ aparatların təxminən 60 faizinə quraşdırılıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL