waplog

Bir ayda stasionar telefonların servisə qoşulmasına dair 429 müraciət elektron qaydada edilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) daha bir elektron xidmətinin may ayındakı  istifadə statistikası məlum olub.
 
 
Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, ötən ay “Elektron hökumət” portalındakı “Telefonun servislərə qoşulması” elektron xidmətindən 429 dəfə istifadə olunub.
 
 
Elektron xidmət istifadəçilərə “10 saniyə gözləmə ilə birbaşa rabitə”, “abunəçi cavab vermədikdə yönləndirmə”, “giriş zənglərinin bağlanması (narahat etmə)”, “konfrans rabitə”, “müəyyən vaxta xatırlama zəngi”, “qısaldılmış nömrə yığma”, “zənglərin şərhsiz yönləndirilməsi” və s. 16 növdə servis təqdim edir. 
 

Servislərə qoşulma ilə yanaşı e-xidmətdən istifadə edərək onlardan imtina etmək də mümkündür.
 
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL