Hibrid qurğuların tədarükü 70 faiz yüksələcək
“Gartner” analitik şirkətinin yeni proqnozuna əsasən, 2015-ci ildə hibrid kompüter qurğularının qlobal tədarükü 21,5 milyona yaxınlaşacaq, bu da 2014-cü ilin göstəricisindən 70 faiz daha yüksəkdir.
Analitiklərin qiymətləndirməsinə görə, cari ildə mobil fərdi kompüterlərin ümumi satış həcminin 12 faizi hibrid qurğuların payına düşəcək və 2019-cu ildə bu fərq 26 faizədək yüksələcək.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, gözləntilərə görə, cari ildə hibrid modellərin tədarük həcmində 8 milyon "2-v-1" planşetlər, 13,5 milyonu isə çıxarılan və fırlanan displeyə malik noutbuk-transformerlər olacaq.
"2012-ci ildən hibrid qurğulara tələbat yüksəlir. 2014-cü ildə bu tip qurğuların satış həcmi 12,6 milyon olub, 2019-cu ildə bu göstərici 58 milyona yaxınlaşacaq" – “Gartner”in analitiki Treysi Tsay yazır.
Analitiklər “ASUS” şirkətini hibrid qurğular bazarının lideri adlandırır. 2014-cü ildə Tayvan şirkəti ötən ilin nəticəsini 263 faiz yaxşılaşdıraraq 3,1 milyon hibrid qurğu tədarük edib. Hibrid qurğular bazarında Tayvan şirkətinin bazar payı 41 faizə çatıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL