Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları “ISO 27001/2013” beynəlxalq standartı ilə əlaqədar məsləhətləşmələr aparıblar
“Azərkosmos” ASC-nin nümayəndələri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində mərkəzin mütəxəssisləri ilə görüşüblər. Görüş çərçivəsində MHM-in müvafiq sahə üzrə mütəxəssisləri “Azərkosmos” ASC-nin nümayəndələrinə informasiya texnologiyaları və təhlükəsizliyi üzrə məsələlərin “ISO 27001/2013” beynəlxalq standartlarına uyğun tənzimlənməsi, bununla bağlı müvafiq hesabatların və sənədlərin tərtib edilməsinin zəruriliyi barədə məlumat veriblər. Müəssisənin informasiya texnologiyaları və təhlükəsizliyi üzrə məsələlərin "ISO 27001/2013" beynəlxalq standartlarına uyğun təşkili üçün lazımi prosedurlar izah edilib. İlkin olaraq, əsaslı təcrübənin formalaşması üçün “ISO 27001/2013” beynəlxalq standartlarına aid bəzi informasiya mənbələri tövsiyə edilib.
Toplantı çərçivəsində informasiya texnologiyaları və təhlükəsizliyi üzrə risklərin, boşluqların təyin edilməsi məsələləri təhlil olunub, onların müvafiq qaydalara uyğun aradan qaldırılma üsulları müzakirə edilib. Bu sahədə “Azərkosmos” ASC-nin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, ötən ilin may-iyun aylarında MHM informasiya texnologiyaları və təhlükəsizliyinin təminatı sistemi üzrə “İSO 27001/2005” beynəlxalq standartlar sertifikatına layiq görülüb. Keçən dövr ərzində MHM informasiya texnologiyaları və təhlükəsizliyi üzrə məsələləri “ISO 27001/2013” beynəlxalq standartının tələblərinə uyğun təşkil etmiş və cari ayın əvvəlləri İsveçrənin beynəlxalq SGS Audit Şirkətinin (Societe Generale de Surveillance) Azərbaycan nümayəndəliyi tərəfindən müəssisənin informasiya texnologiyaları və təhlükəsizliyi üzrə auditi həyata keçirilib.
Görüş zamanı “Azərkosmos” ASC-yə MHM tərəfindən bu istiqamətdə lazımi dəstəyin göstəriləcəyi bildirilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL