İki elektron xidmətin inzibati reqlamenti yenidən təsdiqlənib
Azərbaycan Vergilər Nazirliyinin Kollegiyası “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” və “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidmətlərinin inzibati reqlamentlərini yenidən təsdiqləyib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, kollegiya qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd olunan inzibati reqlamentlərin yenidən təsdiq edilməsi zərurətini nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci bəndini rəhbər tutaraq bu barədə qərar qəbul edib.
Sözügedən qərar artıq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Reyestrdə inzibati reqlamentlərlə tanış olmaq mümkündür.
Qeyd edək ki, “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” xidməti Azərbaycan Respublikasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin sürətli elektron dövlət qeydiyyatı və adi elektron dövlət qeydiyyatının aparılması proseslərini əhatə edir. “Fərdi sahibkarların onlayn qeydiyyatı” xidməti vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin elektron qaydada vergi uçotuna alınır.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL