Daşınan elektronika bazarında üçqat artım gözlənilir
“International Data Corporation” (IDC) analitik şirkəti dünya daşınan elektronika bazarı üzrə proqnozu artıraraq kənar əlavələrin quraşdırılmasını tələb edən “ağıllı” qurğulara yüksək tələbata düzəlişlər edib.
“IDC Worldwide Quarterly Wearable Device Tracker” hesabatına görə, 2015-ci ildə daşınan qurğuların qlobal miqyasda tədarükü ötən ilin göstəricisinə nisbətdə 173,3 faiz artaraq 72,1 milyon ədədə çatacaq. Apreldə ekspertlər bazarda 45,7 milyon ədədədək artımın olacağını proqnozlaşdırıblar.
“IDC” mütəxəssisləri proqnozun artırılması səbəbini izah etməsələr də, “Apple Watch” və “Microsoft Hololens” kimi “ağıllı” aparatlara tələbatın artmasını qeyd ediblər. 2014-cü ildə 4,2 milyon belə qurğu buraxılmışdısa, 2005-ci ildə bu göstəricinin 33,1 milyona çatacağı bildirilir. Beləliklə, bu seqmentin həcmi təxminən səkkiz dəfə arta bilər.
Analitiklərin proqnozuna görə, yaxın beş ildə “ağıllı” kompüterləşmiş qurğuların tədarük həcminin illik artımı 84,1 faiz yüksələrək 2019-cu ildə 89,4 milyon ədəd təşkil edəcək.
“IDC” “smart” qurğularla yanaşı, əlavə proqram təminatının yüklənməsini tələb etməyən baza aparatlar sinfini sadalayıb. Belə elektronikaya ilk növbədə “Fitbit”, “Xiaomi” və s. şirkətlərin istehsal etdiyi fitnes treker və qolbaqlar aiddir. Bu brendlər qiyməti 100 dollaradək olan qolbaqlar sayəsində bazarda artımın olmasına zəmin yaradıb.
Ekspertlərin proqnozuna görə, 2015-ci ildə baza daşınan elektronikanın tədarükü ötən illə müqayisədə 76 faiz yüksələrək 39 milyon ədəd təşkil edəcək. Bu seqmentin ortaillik artım tempinin yaxın beş ildə 24,5 faiz olacağı proqnozlaşdırılır, - "DailyComm” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL