Alman naziri kolleqalarını “Facebook”dan imtina etməyə çağırıb
Almaniyada istehlakçıların hüquqlarının müdafiəsi üzrə nazir İlze Ayqner kolleqalarını işçi alət kimi “Facebook” sosial şəbəkəsindən istifadə etməməyə çağırıb. Bu barədə sentyabr ayının 11-də “Der Spiegel” nəşri bildirib.
Ayqnerin fikrincə, “Facebook” düymələrini hökumət saytlarında istifadə etmək lazım deyil.
Xanım Ayqner “Facebook”un "Like" və bəzi digər xidmətlərindən istifadə edilməsinin maraqlı şəxslərə insan və təşkilatlar haqqında informasiya toplamağa kömək etməsini hesab edən məxfilik müdafiəçilərinin fikri ilə razıdır.
Bundan əvvəl Ayqner “Facebook”dan istifadədən açıq şəkildə imtina edib və bildirib ki, bu sosial şəbəkə şəxsi məlumatların müdafiəsinə az diqqət ayırır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL