waplog

Dünyanın aparıcı vençur şirkətləri dron istehsalına maraq göstərirlər


Pilotsuz uçan aparatlar istehsalı sənayesi 82 milyard dollara qiymətləndirilir və vençur kapitalistlər bu sahədə fəaliyyət göstərən startaplara həvəslə sərmayə yatırırlar.

“ICTnews” xəbər xidmətinin “www.bloomberg.com” saytına istinadən verdiyi məlumata əsasən, Silikon Vadisindən başlayaraq New-Yorkadək “Kleiner Perkins Caufield & Byers”, “Lightspeed Venture Partners” və “F.F.” kimi vençur kapitalistləri pilotsuz uçan nəqliyyat vasitələri istehsal edən şirkətlərlə əməkdaşlıq etmək üçün  sıraya düzülürlər. Bu mənada “Google Inc.”, “General Electric Co.” və “Qualcomm Inc.” kimi şirkətlər istisna deyillər.
 
"Hamı dronlara sərmayə yatırmaq istəyir. Çünki onlar artıq bu gün potensial deyil, praktik nəticələr müşahidə edirlər", - deyə pilotsuz uçan aparat istehsalı ilə məşğul olan  “AeroCine” şirkətinin marketinq və əməliyyatlar üzrə vitse-prezidenti Jon Ollverter  bildirib.
 
Bu ilin əvvəlindən investorlar bu sahədə çalışan “SZ DJI Technology Co.” və “DroneDeploy” şirkətlərinə 210 milyon dollar sərmayə yatırıblar, bu isə ötən il bütün startaplara qoyulan sərmayədən, demək olar, iki dəfə çoxdur. Templər sürətlənib, çünki amerikalı tənzimləyicilər məhdud kommersiya əməliyyatları üçün daha çox güzəştlər təqdim edirlər və maliyyə havadarlarını əmin edirlər ki, onlar udacaqlar.
 
ABŞ-ın Federal Aviasiya İdarəsi Konqresə bildirib ki, pilotsuz uçan aparatların işgüzar istifadəsi ilə bağlı son qaydalar 2016-cı ilin ortalarında elan ediləcək. Bu qərarın video çəkən, xəritələr yaradan, kənd təsərrüfatı məhsullarının monitorinqini aparan və körpülərə nəzarət edən dronlar üçün əlverişli olacağı gözlənilir.
 
Qərarın qəbulundan sonra üç il ərzində ABŞ-da sənaye sahəsində 70 min iş yerinin açılması və 13,6 milyard dollar iqtisadi nəticənin əldə edilməsi gözlənilir. Yaxın onillikdə bu rəqəmin altı dəfədən çox artımı gözlənilir.
 
Lakin bunun bir sıra maneələri də var. Çünki məxfilik artıq təhlükə altında olacaq, təyyarələr daha güclü batareyalar, beynəlxalq uçuşlar yeni nəqliyyatın idarəetmə və qeydə alma sistemini tələb edəcək.
Lakin vençurlar bu problemləri gözardına alırlar. Çünki bu texnologiyanın tətbiqi onlar üçün vacibdir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL