TV kanalları şüurun gücü ilə idarə olunacaq
“BBC” şirkəti Britaniyanın “This Place” tədqiqat laboratoriyası ilə tərəfdaşlıq sazişi imzalamasını rəsmən bəyan edib. Saziş televizorun şüurun gücü ilə idarəetmə texnologiyasının hazırlanmasını nəzərdə tutur.
Bildirilir ki, şirkət insan beynindən kanalları dəyişmək və sevimli şouları axtarmaq üçün adi distansiyalı pult əvəzinə istifadə etmək niyyətindədir. Bununla əlaqədar keçirilən sınaqlar zamanı on “BBC” əməkdaşına başa geyilən kiçik qarnitur və "iPlayer” proqramının sınaq versiyası təqdim olunub. Test iştirakçılarının hamısı şüurun gücü ilə pleyeri işə salıb və istədiyi teleproqramı dəyişib.
Qarnitur insanın beyin dalğalarını baş beyinin elektrik aktivliyi əsasında hesablayır və bu zaman televizor ekranında insanın konsentrasiyasını göstərən şkala görünməyə başlayır. İstifadəçi diqqətini lazımi əməliyyata maksimum yönəldən zaman proqram onu tanıyır və lazımi kanalı və ya şounu qoşur. Əvvəlcə insanın “iPlayer” proqramı haqqında düşünməsi tələb olunur, bundan sonra əlavə ardıcıl 5 populyar şounu göstərməklə hər birinin üzərində 10 saniyə dayanır. Şoulardan biri istifadəçinin xoşuna gəldikdə, sistem bunu anlayır və kanalların dəyişməsini dayandırır.
Hazırda yeni televizor idarəetmə üsulunun populyarlıq qazana biləcəyi məlum olmasa da, texnologiyanın fiziki baxımdan adi pultdan istifadə edə bilməyən insanlar üçün faydalı ola biləcəyi qeyd edilir, - "4PDA” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL