Amerikada mobil pul kisəsindən istifadə genişlənir
“Chadwick Martin Bailey” konsaltinq şirkətinin məlumatına görə, amerikalı istehlakçıların 15 faizi son altı ay ərzində mobil pul kisəsindən istifadə edib. 2013-cü ildə belə istifadəçilərin sayı 9 faiz olub.
Ekspertlər bildirib ki, istehlakçıların 22 faizi yaxın yarım ildə mobil pul kisəsindən istifadəyə hazırdır.
"ICTnews" elektron xəbər xidməti “json.tv” saytına istinadən bildirir ki, rəyi soruşulmuş 1716 nəfərin təxminən 18 faizi mobil pul kisəsindən istifadə təcrübəsinə malikdir. 2013-cü ildə bu göstərici 8 faiz təşkil edib.
Mobil pul kisəsindən istifadə edənlərin 61 faizi “PayPal”, 38 faizi “Amazon”, “31” faizi “Starbucks”, 31 faizi “Apple Pay” və 31 faizi “Google Wallet” ödəmə sistemindən istifadə edib. Bu halda istifadəçilərin 88 faizi “PayPal”, 84 faizi “Amazon”, 93 faizi “Starbucks”, 89 faizi “Apple Pay” və 82 faizi “Google Wallet” ödəmə sistemindən razıdırlar.
İstifadəçilərin 63 faizi bildirib ki, onlar mobil pul kisəsindən istifadə etmir və yaxın gələcəkdə də etməyəcək. Qeyd etmək lazımdır ki, 2013-cü ildə bu göstərici 71 faiz olub. Respondentlərin 62 faizi hesab edir ki, mobil pul kisəsindən istifadəyə mane olan əsas maneə təhlükəsizliklə bağlıdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL