waplog

“IDC”: “Mobil texnologiyalar Mərkəzi və Şərqi Avropa biznesi üçün əhəmiyyət kəsb edir”


"IDC” analitik şirkəti tərəfindən Mərkəzi və Şərqi Avropa şirkətləri arasında keçirilən sorğunun nəticələrindən məlum olub ki, smartfon, planşet və digər mobil qurğuların yayılması, əməkdaşların mobilliyinin artması, “bulud” əlavələrin tətbiqinin genişlənməsi və iş üçün müxtəlif qurğulardan istifadənin çoxalması mobil texnologiyaların bu regionda biznes üçün əhəmiyyət kəsb etməsinə səbəb olub.
 
Qərbi Avropa ölkələrində əksər şirkətlər mobil texnologiyaları ən vacib texnologiyalardan biri hesab etsə də, Mərkəzi və Şərqi Avropada buna bir qədər az əhəmiyyət verilir. Bu regionda şirkətlərin yalnız üçdə bir hissəsi mobil strategiyaya malikdir və əksər hallarda onlar yalnız təhlükəsizlik və mobil qurğuların inzibatçılığına aiddir. Lakin analitiklər qeyd edir ki, mobil texnologiyaların başlıca üstünlüyü biznesin aparılma üsullarını dəyişmək imkanına malik olmasındadır. Şirkətlərin 45 faizində mobil strategiya hazırlanan zaman İT xidmət və kommersiya bölmələrinin fikri nəzərə alınır ki, bu da şirkətlərin qeyd olunan bölmələrin potensialının başa düşülməsini nümayiş etdirir.
 
Şirkətlərdə mobil strategiyaların həyata keçirilməsi üçün əsas əngəl təhlükəsizlik problemləri, eləcə də mövcud İT infrastrukturla inteqrasiya hesab olunur, - "Computerworld yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL