Qırğızıstanda rəqəmli televiziya yayımına start verilib
Qırğızıstanın baş naziri Temir Sariev respublikada rəqəmli televiziya yayımına start verib. 2014-2015-ci ildə bu layihənin həyata keçirilməsinə 300 milyon som (təxminən 5 milyon dollar) məbləğində vəsait ayrılıb. Bu haqda Qırğızıstan hökumətinin saytında məlumat verilib.
Xatırladaq ki, Qırğızıstanda əhali üçün ödənişsiz rəqəmli televiziya yayımı paketinə 8 telekanal daxil edilməsinə qərar verilib: 7 respublika və 1 regional.
"ICTnews" elektron xəbər xidməti “tdaily.ru” saytına istinadən bildirir ki, Qırğızıstanın baş naziri Temir Sariev deyib ki, rəqəmli televiziya yayımına keçid üzrə proqramın reallaşdırılması çərçivəsində respublika büdcəsindən 2014-cü ildə 100 milyon som (1,6 milyon dollar), 2015-ci ilin əvvəlində 100 milyon som ayrılıb və 2015-ci ilin büdcəsində 100 milyon som nəzərdə tutulub.
Ödənişli rəqəmli televiziya paketini izləmək üçün yerli sakinlər qəbuledici satın almalı olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL