waplog

Avropa Komissiyası: “Beş ildən sonra Avropa İttifaqında 825 min İT mütəxəssisi çatmayacaq”


Beş yüz milyon Avropa İttifaqı (Aİ) sakininin təxminən 24 milyonunun ali məktəbi bitirdikdən sonra işsiz qalmasına baxmayaraq Avropa şirkətləri informasiya texnologiyaları (İT) sahəsində mütəxəssis tapmaqda çətinliklə üzləşirlər. Bu barədə Avropa Komissiyasının hesabatında deyilir.
 
Bildirilir ki, beş ildən sonra İT sektorunda vakant vəzifələrin sayı 825 minədək arta bilər.
 
Avropa Komissiyası İT mütəxəssislərin hazırlanması üzrə bir sıra proqramlar həyata keçirir. Belə ki, 2013-cü ildə "Grand Coalition for Digital Jobs" proqramının icrasına başlanılıb. Proqram çərçivəsində təhsil layihələri Bolqarıstan, Yunanıstan, İtaliya, Malta, Litva, Latviya, Polşa və Rumıniyada istifadəyə verilib, bu yaxınlarda isə proqrama Belçika, Niderland, Kipr və Böyük Britaniya qoşulub. Proqram çərçivəsində tədris kurslarını digər şirkətlərlə yanaşı, "Google", "CA Technologies" və "EMC" təşkil edir.
 
Böyük Britaniyada 1 milyon İT mütəxəssisin hazırlanması vəzifəsi qarşıya qoyulub. Bu məqsədlə "BBC" televiziya şirkəti əcnəbilər üçün "BBC Academy" treninqlərinin tədris videolarından və məqalələrindən istifadəyə şərait yaradacaq.
 
Qeyd olunur ki, 2006-2013-cü illər ərzində İT sahəsində ixtisaslaşan məzunların sayı 13 faiz azalıb. Avropa Komissiyası nümayəndələrinin fikrincə, İT fənləri təkcə bu sahədə çalışmaq istəyənlər yox, həm də bütün tələbələr öyrənməlidir, - "Computerworld" yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL