Kişinyovda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçirilib
Avropa İttifaqının maliyyələşdirdiyi və Avropa Şurasının həyata keçirdyi “Şərq Tərəfdaşlığına Dəstək” Proqramı çərçivəsində “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda layihə həyata keçirilməkdədir.
Layihə çərçivəsində 5-6 sentyabr 2011-ci il tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda regional seminar keçirilmişdir.
Seminarda Azərbaycandan Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinin, Respublika Prokurorluğunun əməkdaşları, eləcə də, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov “Şərq Tərəfdaşlığına Dəstək” Proqramı çərçivəsində layihənin işçi qrupunun üzvü kimi iştirak etmişdir.
Seminarın keçirilməsində məqsəd Avropa İttifaqı, ABŞ, “Europol”, İnterpol və iştirakçı ölkələr arasında kibercinayətkarlıq sahəsində əməkdaşlıq perspektivlərinə və mövcud problemlərə, Budapeşt konvensiyası çərçivəsində qarşılıqlı hüquqi yardım məsələlərinə dair fikir mübadiləsinin aparılması olmuşdur.
Xatırladaq ki, RİTN-in təşəbbüsü ilə 2008-ci ildə Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” konvensiyasını imzalamış və 2009-cu ildə konvensiya təsdiq edilərək 1 iyul 2010-cu il tarixindən ölkəmizdə qüvvəyə minmişdir.
Qeyd edək ki, sonda yekun rəyə görə növbəti seminarın Azərbaycanda keçirilməsi planlaşdırılmışdır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL