Sağlamlıq imkanı məhdud şəxslərin İKT savadlarını artırmaq üçün təlim paketi hazırlanıb
Sağlamlıq imkanı məhdud olan şəxslərin distant təhsilə qoşularaq təhsil imkanları artırılır.
Belə ki, “Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlamlıq imkanı məhdud olan şəxslərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılması ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində may-iyun aylarında Bakı şəhəri, Gəncə şəhəri, Qazax, İsmayıllı, Tovuz və Ağstafa rayonlarında yaşayan sağlamlıq imkanı məhdud olan şəxslərlə göruşlər keçirilib.
Layihənin mahiyyəti sağlamlıq imkanı məhdud olan şəxslərin xüsusi istedadlarının üzə çıxarılması və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinin vacib olduğunu, həmçinin sağlamlıq imkanı məhdud olan şəxslərin təhsildə geridə qalma səbəblərinin araşdırılaraq onların təhsil imkanlarının artırılması üçün daha optimal yolların təklif olunmasından ibarətdir. Hazırlanmış sorğu anketləri vasitəsi ilə Bakı şəhəri üzrə 310, Qazax rayonu üzrə 20, Ağstafa rayonu üzrə 6, Gəncə şəhəri üzrə 30, İsmayıllı rayonu üzrə 30, Tovuz rayonu üzrə 4 nəfər sağlamlıq imkanı məhdud olan şəxslərin təhsildən geridə qalma səbəblərini və yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq istiqamətində işlər aparılıb. Sağlamlıq imkanı məhdud olan şəxslərin təhsil imkanlarını artırmaq məqsədi ilə onların İKT savadlarını artırmaq üçün təlim paketi hazırlanaraq, Bakı şəhəri üzrə 45, Qazax rayonu üzrə 15, Gəncə şəhəri üzrə 15, İsmayıllı rayonu üzrə 15 nəfərin evlərinə getməklə və ya distant təhsilə qoşulmaqla təlimlər keçirilib.
Distant təhsilə qoşulmaqla sağlamlıq imkanı məhdud olan şəxslərin virtual görüşlərini yaradaraq, müzakirələri təşkil edilib.
Layihənin sonunda sağlamlıq imkanı məhdud olan şəxslərin təhsildə geridə qalma səbəbləri, evdə təhsilin normal bir təhsil sistemindən fərqli cəhətləri aşkar olunaraq təhsil imkanlarının artırılması istıqamətində işlər aparılacaq, onlara psixoloji dəstək verilərək komplekslərdən qurtarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək yönümündə motivasiya verilərək cəmiyyətə adaptasiyaları təmin olunacaq.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL