“Açıq kitab” elektron kitabxanası istifadəyə verilib
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq kitab" elektron kitabxanası fəaliyyətə başlayıb.
Mərkəzdən verilən məlumata görə, kitabxana bu günə qədər ölkə üzrə Azərbaycan dilinə tərcümə olunan əsərləri arxivləşdirməklə yanaşı, yüzlərlə elmi, bədii, texniki, hüquq, tibb və digər sahələr üzrə ədəbiyyatların, mətn və materialların, lüğətlərin, habelə, tədris və dərs vəsaitlərinin, eləcə də müasir və klassik bədii ədəbiyyat nümunələrinin kataloqunu və əsərləri özündə cəmləyir.
Dünyanın aparıcı nəşriyyatları ilə mütəmadi əməkdaşlıq edən "Açıq kitab"Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin dünya dillərində, dünya ədəbiyyatlarının Azərbaycan dilində nəşrlərinə də öz səhifələrində yer ayırır.
Kitabxanaya daxil olanlar burada Tərcümə Mərkəzinin nəşrləri ilə də tanış ola, "Xəzər" dünya ədəbiyyatı jurnalının, "Aydın Yol" ədəbi-ictimai qəzetinin onlayn versiyalarını izləyə bilər.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL