Çində 10 nüvəli prosessorla təchiz edilmiş ilk smartfon buraxılacaq
Çinin "Elephone" mobil texnika istehsalçısı 2015-ci ilin payızında 10 nüvəli prosessorla təchiz edilmiş ilk smartfon istehsal edəcəyinə dair söz verib.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Elephone P9000" qurğusu "X20 Helio" prosessoru ilə işləyən ilk model olacaq. Ekranın diaqonalı 5,5 düym (təxminən 14 santimetr), təsvir ölçüsü 1920x1080 nöqtə təşkil edəcək. Əməli yaddaşın tutumu 4 QB, istifadəçi məlumatlarının saxlanılması üçün daxili yaddaşın tutumu 32 QB (128 QB-dək tutumda yaddaş kartı dəstəklənir) təşkil edəcək. 21 meqapiksellik kamera keyfiyyətli fotoşəkil çəkməyə imkan verəcək. Daxili akkumulyatorun tutumu 3100 milliamper/saat olacaq.
Gözləntilərə görə, "Android 5.1" mobil platforması ilə işləyəcək "P9000" smartfonu 20 oktyabr 2015-ci il tarixində 500 dollara satışa çıxarılacaq.
2015-ci ilin qabaqcıl qurğuları əsasən 64 bitlik 8 nüvəli prosessorlarla təchiz olunub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL