waplog

Minskdə elektron ticarətlə bağlı müzakirələr aparılıb


Belarusun paytaxtı Minsk şəhərində  Ümumdünya Poçt İttifaqının (ÜPİ) İstanbul Ümumdünya Poçt Strategiyasının müəyyənləşdirilməsi üzrə Regional Konfransı və “Avropa və MDB ölkələrində poçt sektorunun reformu və ÜPİ-nin Poçtun İnkişafı və Reformlar üzrə Kompleks Planı (PİRKP) metodikası əsasında inkişaf prosesinə dəstək göstərilməsi”  üzrə konfransı keçirilib.
 
Sözügedən tədbirlərdə Şərqi Avropa və MDB ölkələrinin Poçt Administrasiyalarından 60-dək iştirakçı ilə yanaşı, ÜPİ və “PostEurop”un baş direktorları, CERP təşkilatının sədri və digər rəhbər şəxsləri  iştirak edib. Bu beynəlxalq tədbirlərdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov və eləcə də “Azərpoçt”un əməkdaşları təmsil edib.
 
 
ÜPİ-nin İstanbul Strategiyasının müəyyənləşdirilməsi üzrə düzənlənən konfransda “Doha poçt strategiyasından İstanbul ümumdünya poçt strategiyasına”, “ÜPİ-nin gələcəyinin təmin edilməsi”, “Dəyişikliyin vacibliyinin əsaslandırılması”, “Poçt şəbəkələri arasında qarşılıqlı əlaqənin yaxşılaşdırılması”, “Poçt sektoru bazarının effektiv fəaliyyətinə dəstək verilməsi”,  “Müasir və davamlı məhsullarla təminat” adlı qruplar təşkil edilib və bu qruplar altında  geniş müzakirələr keçirilib.
 
 
N.Məmmədov “Müasir və davamlı məhsullarla təminat” qrupunun tərkibində iştirak etməklə Azərbaycan poçtunda son illər ərzində görülən işlər, prioritet inkişaf istiqamətləri və tətbiq edilməsi nəzərdə tutulan yeni xidmət və məhsullar barədə iştirakçılara ətraflı məlumat verib və onların suallarıni cavablandırıb.
 
 Müzakirələrin nəticəsi olaraq  Azərbaycan poçtunda son illər ərzində görülən işlər təqdirəlayiq hesab edilib.
 
 
Qeyd edək ki, ikigünlük müzakirələrin yekunu olaraq region ölkələrinin prioritet hesab etdikləri istiqamətlər nəzərə alınmaqla 2017-2020-ci illər üzrə “ÜPİ-nin İstanbul Ümumdünya Poçt Strategiyası”nın formalaşdırılması üzrə təkliflər irəli sürülüb. Qərara alınıb ki, poçt fəaliyyətinin effektivliyinin artırılması və  e-kommersiyanın inkişaf etdirilməsi, maliyyə xidmətlərinin və poçt sahəsinin inkişaf etdirilməsi, elektron xidmətlər və onların diversifikasiyası əsas diqqət yetiriləcək mövzulardan olsun.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL