“Google” şirkəti tibbi göstəriciləri toplayan “ağıllı” saat yaradıb
“Google X” laboratoriyasında orqanizmin həyat fəaliyyəti göstəriciləri və ətraf mühitin parametrləri haqda məlumatın toplanılması üçün nəzərdə tutulmuş təcrübi daşınan qurğu hazırlanıb.
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, yeni qurğu görünüşcə elektron qol saatına oxşayır. Cihazın arxa və ön hissələrində müxtəlif ötürücülər quraşdırılıb; bundan başqa, kiçik ekran mövcuddur.
Məlumdur ki, cihaz nəbz, ürək ritmini və bədənin hərarətini qeydə alır.
Eksperimental daşınan qurğu istehlak bazarı üçün məhsul kimi qələmə verilmir. “Google” nümayəndələrinin fikrincə, pasiyentlərin vəziyyəti haqda məlumatın toplanılması üçün tibbi müəssisə və əczaçılıq şirkətləri yeni qurğunu istifadə edə bilər.
Bundan başqa, cihaz bu və ya digər xəstəliklərin erkən əlamətlərinin aşkar edilməsi zamanı faydalı ola bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL