waplog

“Elm və Texnologiya 2015”-də Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Razılaşmanın davam etdirilməsi müzakirə edilib


Avstriyanın Vyana şəhərinin Hofburg Sarayında “Elm və Texnologiya 2015” adlı beynəlxalq konfrans-konqres keçirilir.
 
Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev Avstriyanın iştirak edir.
 
Akademiyadan bildirilib ki, tədbirin məqsədi ümumdünya ölkələrinin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Razılaşmanın və Milli Məlumat Mərkəzləri arasında əməkdaşlığın davam etdirilməsi, dünyanın nüfuzlu beynəlxalq elmi təşkilatlarının təcrübəsindən istifadə, Yer elmlərinin dünya miqyasında inkişaf etdirilməsindən ibarətdir. Tədbirdə seysmologiya, nüvə tədqiqatları, geodinamika və digər sahələrdə fəaliyyət göstərən 500-dən çox alim və mütəxəssis iştirak edir.
 
 
Q.Babayev “Azərbaycanın Şamaxı-Qobustan-Abşeron ərazisində yerləşən palçıq vulkanlarının püskürməsinə səbəb olan zəlzələlər ilə əlaqədar gərginliyin qiymətləndirilməsi” mövzusunda tədqiqatın nəticələrini konfrans-konqresdə və gənc alimlər və dünyanın Milli Məlumat Mərkəzlərinin üzvlərinin yığıncağında təqdim edib.
 
 
Tədqiqatın nəticələri Yaponiya, İsveçrə, İtaliya alimləri, o cümlədən “Beynəlxalq Litosfer Proqramı” elmi cəmiyyətinin üzvləri tərəfindən böyük maraqla dinlənilib.
Konfrans-konqres öz işini iyunun 26-dək davam etdirəcək.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL