Azərbaycanın həyata keçirdiyi Elektron Hökumət layihəsi haqqında BMT- tribunasından məlumat verilib
Birləşmiş Millətlər Təşkilatının dövlətlərin göstərdiyi xidmətlər və onların elektronlaşdırılması mövzusunu gündəmə gətirmək, bu istiqamətdə görülən işləri təşviq etmək məqsədi ilə beynəlxalq forumu öz işinə başlayıb.
Kolumbiyanın Medellin şəhərində baş tutan forumun əsas məqsədlərindən biri də BMT-yə üzv ölkələrin dövlət xidmətlərinin göstərilməsi sahəsindəki qabaqcıl və uğurlu təcrübələrinin təqdim edilməsi, hökumətlərin təcrübə mübadiləsi aparmasından ibarətdir.
Azərbaycan nümayəndələrinin də iştirak etdiyi forumda dövlət xidmətlərinin göstərilməsi və elektron hökumət sahəsində əldə olunan təcrübələr tədbir iştirakçılarının diqqətinə çatdırılacaq.
Qeyd edək ki, sözügedən tədbir çərçivəsində “ASAN Xidmət” BMT-nin 2015-ci il üzrə Dövlət Xidmətləri Mükafatı ilə (United Nations Public Service Award 2015) təltif edilib. Onu da bildirək ki, 638 nominasiya üzrə təmsil olunan 71 ölkə arasında cəmi 18 ölkə ali mükafata layiq görülüb.
Forumda bildirilib ki, son illər Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar uğurlu nəticə verib. Bu islahatların tərkib hissəsi olan “ASAN Xidmət”in uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlər haqqında geniş təqdimat edilib.
Qeyd edilib ki, Azərbaycanda elektron hökumətin inkişafının geniş vüsət alması və qabaqcıl texnoloji həllərin mövcudluğu birbaşa mobil cihazlar vasitəsilə dövlət xidmətlərindən yararlanmağa imkan verən mGov (mobil hökumət) konsepsiyasına keçid üçün möhkəm zəmin yaradır.
Azərbaycanda heç bir dövlət idarəsinə getmədən mobil telefondan istifadə edərək cəmi 5 dəqiqə ərzində şirkət yaratmaq mümkündür. Vurğulanıb ki, Azərbaycan elektron hökumət modelindən mobil hökumət modelinə doğru istiqamətlənib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL