“MilliKart” mobil telefondan pul köçürməyə imkan verən yeni əlavəsini təqdim edib
“MilliKart” mobil telefondan pul köçürməyə, xidmətləri ödəməyə və aparılmış əməliyyatların detallarına baxmağa imkan verən yeni əlavəsini təqdim edib. Xidmətdən istifadə etmək üçün proqramı mobil cihazınıza yükləyib qeydiyyatdan keçmək tələb olunur. Sonrakı mərhələdə kart məlumatları daxil edilərək kart proqrama əlavə edilir. Proqrama məhdudiyyətsiz sayda kart əlavə etmək mümkündür:
“Xidmətdən pulsuz istifadə təklif olunur və kartların sayı məhdudiyyətsizdir, istədiyiniz sayda kart əlavə edə bilərsiniz. Mobil tətbiqin köməyi ilə, bir çox xidmətlərin haqqını, kommunal ödənişləri onlayn ödəmək və pul köçürmək mümkündür. “MilliKart” müasir tendensiyaları nəzərə alaraq, bazarda olan ən innovativ mobil bankçılıq həllini təqdim edir. Mobil bankçılıq vasitəsilə istifadəçilər asanlıqla kart vəsaitlərini idarə edəcək və maliyyə durumları haqqında məlumatlı qalacaqlar, banklar isə müştərilərinə təqdim edilən məhsul portfoliosunu genişləndirə biləcəklər. “MilliKart”ın mobil bankçılıq həlli hərtərəfli maliyyə xidmətlərini təqdim edir. Dolğun mobil bankçılıq xüsusiyyətləri ilə yanaşı, həll müxtəlif ödəniş və köçürmə imkanlarını da verir”.
Mobil əlavə əsas mobil platformalarını dəstəkləyir və bazarda olan qurğuların 95%-ni əhatə edir. Mobil bankçılıq həlli onlayn bank sistemlərinin tam funksionallığını əhatə edən yeganə xidmətdir.
“Android” əməliyyat sistemi üçün əlavə dərhal https://play.google.com/store/apps/details?id=az.cib linkindən yüklənə bilər.
“Apple” linki: https://itunes.apple.com/us/app/cib/id952276699?mt=8
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL