Azərbaycanda mövcud olan alternativ və bərpa olunan enerji mənbələri Çində təqdim olunub
Azərbaycanda mövcud olan alternativ və bərpa olunan enerji mənbələrinin Çində təqdimatı olub.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən (ABOEMDA) verilən məlumata görə, agentliyin 4 əməkdaşı Çində keçirilmiş təlim kursunda iştirak edib.
“İnkişaf etməkdə olan ölkələr üçün günəş enerjisinin tətbiqi və idarəetmə” adlı təlim kursu Lanzhou şəhərində yerləşən UNIDO Beynəlxalq Günəş Enerjisi Mərkəzində (UNIDO-ISEC) Çin Xalq Respublikasının Ticarət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Azərbaycanla yanaşı Malta, Pakistan, Fələstin, Sudan, Uruqvay, Venesuella, Yamayka və s. ölkələrin nümayəndələrinin də iştirak etdiyi kursun əsas mövzusunu fotovoltaik texnologiyası ilə tanışlıq, bu texnologiyanın tətbiqi və inkişafı, fotoelementlərin növləri və onlardan istifadə perspektivləri, günəş fotovoltaik stansiyaların növləri, böyük güclü stansiyaların dizaynı, passiv günəş evləri, günəş peçləri, günəş su qızdırıcıları, onların növləri və iş prinsipi və s. əhatə edib.
Seminar müddətində ABOEMDA-nın əməkdaşları tərəfindən təlim iştirakçılarını Azərbaycanda mövcud alternativ və bərpa olunan enerji mənbələri, onlardan istifadə perspektivləri, bu sahədə görülmüş işlərlə tanış etmək məqsədi ilə təqdimat keçirilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL