Elektron ticarət mobilləşir
Böyük Britaniyada bütün elektron ticarət tranzaksiyalarının təxminən hamısı hazırda mobil qurğular vasitəsilə həyata keçirilir və burada planşetlər populyarlığına görə smartfonları geridə qoyur.
Bu barədə “Criteo” şirkətinin tədqiqatında deyilir. Sorğu zamanı dünyanın 1,4 milyard tranzaksiyasının təhlili aparılıb.
Bu gün Britaniya dünyada mobil qurğular ilə alış-verişin elektron ticarətin ümumi həcmində payına görə ikinci yeri tutur. Üçüncü yeri Cənubi Koreya tutur, Yaponiya isə mütləq liderdir.
Dünyada “Android” mobil əməliyyat sisteminin mobil qurğular bazarında payının üstünlük təşkil etməsinə baxmayaraq Böyük Britaniya, ABŞ və Yaponiya istifadəçiləri mobil alış-verişdə “iOS” qurğu sahibləri kimi aktiv deyillər. Eyni zamanda mobil qurğulara adaptasiya edilən saytlar 3,4 faiz həcmində konversiya olmasını qeyd edirlər ki, bu da optimallaşdırılmamış saytlardan iki dəfə çoxdur.
Dünyada bütün elektron ticarət tranzaksiyalarının 40 faizinin bir ədəddən çox qurğudan həyata keçirilməsi diqqət çəkir. Alıcılar smartfon, stasionar kompüter və planşetlərdən malların axtarışı və alışı üçün müxtəlif kombinasiyalarda istifadə edirlər, - "Payspacemagazine” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL