“İnkubasiya Mərkəzinin texniki və digər imkanlarından gündəlik olaraq 100-dən artıq insan faydalanır”
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) yanında Yüksək Texnologiyalar Parkında (YTP) yaradılan İnkubasiya Mərkəzinin texniki və digər imkanlarından gündəlik olaraq 100-dən artıq insan faydalanır.
Bu barədə YTP-nin direktoru Seymur Ağayev məlumat verib. O bildirib ki, bu günə qədər İnkubasiya Mərkəzinə 140 müraciət təqdim olunub. Hazırda isə 40 startap layihəsi üzrə işlər davam etdirilir.
S.Ağayev qeyd edib ki, artıq bir neçə xarici və daxili investor şirkətləri Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən startaplarla maraqlanırlar.
"İnkubasiya Mərkəzində Türkiyə, Macarıstan və eləcə də Rumıniyadan olan startapçılar fəaliyyət göstərirlər. İnanırıq ki, yaxın zamanlarda bu ölkələrin sayı artacaq. Bundan belə nəticə çıxarmaq olar ki, artıq bir neçə xarici ölkələrin vətəndaşları İnkubasiya Mərkəzimizə xüsusi maraq göstərirlər və öz ideyalarının burada daha tez inkişaf etdirilməsini məqsədəuyğun hesab edirlər" – deyə S.Ağayev söyləyib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL