Azərbaycanın Kosmik Proqramının məsləhətçisi akademik Roald Saqdeyev “Azərkosmos” ASC-yə səfər edib
Fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının akademiki Roald Zinnuroviç Saqdeyev "Azərkosmos" ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər edib. Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev,Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev də səfərdə iştirak edib.
Görüş zamanı qonaqlara "Azərkosmos"un fəaliyyəti, idarəçiliyində olan peyklər və şirkətin gələcək planları barədə geniş məlumat verilib. Roald Saqdeyev öz növbəsində göstərilən diqqətə görə təşəkkürünü bildirərək Azərbaycanda kosmik fəaliyyətin uğurla həyata keçirildiyini və bu sahədə kifayət qədər ixtisaslı kadrların yetişdiyini qeyd edib.
Dünya şöhrətli alim, həmçinin, Azərkosmosun gələcək fəaliyyətinə dair öz rəy və tövsiyələrini bildirib.
Qeyd edək ki, Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişaf sahəsində Roald Zinnuroviç Saqdeyevin dəyərli tövsiyyələri olub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL