waplog

2019-cu ildə Braziliyada ödənişli TV abunəçilərinin sayı 28 milyonu ötəcək


"Rethink Technology Research" şirkətinin tədqiqatçılarının proqnozuna əsasən, Braziliya Latın Amerikası ölkələri arasında ödənişli televiziyanın artım sürətinə görə lider olacaq, yerli abunəçi bazası 19,8 milyondan (2014) 28,5 milyonadək (2019) yüksələcək.
 
"ICTnews" elektron xəbər xidməti "cableman.ru" saytına istinadən bildirir ki, ekspertlərin fikrincə, Latın Amerikasında 6 il davam edən ödənişli televiziyanın yüksək inkişafı zəifləməyə başlayır, amma bu regionun bazarlarının əksəriyyəti ən azı 2019-cu ilədək cüzi gəlir qazanmağa davam edəcək.
 
Məsələn, Braziliyada ödənişli televiziyanın nüfuzetmə göstəricisi indi təxminən 45 faiz təşkil edir. 2009-cu ildə bu göstərici 12 faiz idi.
 
Ekspertlərin proqnozuna görə, Venesuelada 5 ildə abunəçilərin sayı 4,45-dən 6,1 milyonadək, Çilidə 2.6-dan 4,1 milyonadək artacaq. Ödənişli televiziyanın nüfuzetmə səviyyəsi 56,7 faiz təşkil edən Meksikada artım azalacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL