“WhatsApp” istifadəçiləri üçün 10 faydalı tövsiyə
"WhatsApp" dünyanın ən populyar mobil messenceridir. İndi 800 milyondan çox insan bu messencerdən istifadə edir. "MacDigger" nəşri "iPhone" və "Android" qurğularda "WhatsApp"dan istifadə üzrə 10 ən faydalı tövsiyə və kömək təklif edir.
Ehtiyat köçürülməsi və məlumatların bərpası
Mobil messencerin həm "iOS", həm də "Android" versiyası ehtiyat köçürülməsi, mesaj və başqa vacib məlumatların tarixçəsinin bərpası üçün daxili funksiyaya malikdir.
"WhatsApp" üçün "SİM" kart
"WhatSim"dən istifadə ildə 11,60 dollara başa gələcək. Bu xüsusi "SİM" kartla dünyanın 150 ölkəsində 400 mobil operatora qoşulmaq mümkündür.
"WhatsApp" veb kliyenti
"WhatsApp" messenceri rəsmi veb kliyentə malikdir, nəticədə kompüter vasitəsilə dostlarla ünsiyyət saxlamaq olar. Təəssüf ki, indi "WhatsApp" veb kliyenti rəsmən yalnız "Android", "Windows Phone" və "Blackberry 10" platformalarını dəstəkləyir.
"Push" bildirişlər
Ceylbreyk olunmuş "iOS" qurğu sahibləri hansısa kontakt şəbəkəyə daxil olduqda və ya sizə mesaj yığmağa başladıqda "push" bildirişlər göndərən "OnlineNotify"dən istifadə edə bilər.
"WhatsApp" messenceri ilə zənglər
"VoIP" səs rabitəsini dəstəkləmək üçün "WhatsApp" komandasına xeyli vaxt lazım olub. Nəhayət, çoxdan gözlənilən bu funksiya artıq əlçatandır. Bu funksiya həm "iPhone", həm də "Android" smartfonlarda işləyir.
İşçi masada "WhatsApp" bildirişləri
"Chrome" brauzeri üçün "WAToolkkit" adlı xüsusi plaqin "WhatsApp" veb kliyentindən bildirişləri birbaşa işçi masada göstərəcək.
"WhatsApp" messencerinin "Android" qurğularda bloklanması
Dostlarınızın sizin yazışmanızı oxumasını iztəmirsiniz? "Android" üçün "Messenger and Chat Lock" adlı mobil proqram pin-kodun köməyi ilə "WhatsApp"ı bloklayacaq.
"Android" qurğularda mesajların səslə oxunması
"Android" qurğularda "Voice for WhatsApp" modifikasiyası əlçatandır ki, mobil proqram gələn mesajları səslə oxuya bilər.
"iOS" platformasında qeyri-məhdud sayda fotoşəkil göndərilməsi
"WhatsApp" başlanğıc ayar kimi bir mesajda 10 fotoşəklin əlavə edilməsinə imkan verir. Bəzən kiməsə təcili çox fotoşəkil göndərmək lazımdır. "iPhone" qurğularda bu problemi həll etmək olar: sadəcə, "WhatsApp Unlimited Media" utilitini quraşdırmaq lazımdır.
Mesajların oxunması haqda hesabatların deaktiv edilməsi
"WhatsApp" "iOS" və "Android" qurğuları üçün yeni funksiya (mesajın oxunması haqda hesabat) təqdim etdikdə hamını təəccübləndirib.
İstifadəçilər tezliklə bu funksiyanı söndürmək imkanını tapıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL