Bakının mərkəzi ATS-lərindən birində yeni intellektual platforma tətbiq edilir
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi tərəfindən 594, 595 ATS-nin binasında yeni texnologiya tətbiq edilir.
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu, çox böyük intellektual imkanlara malik olan "IMS" platformasıdır.
"Bu platformanın imkanları hazırda sabit şəbəkədə tətbiq edilmiş NGN-in verdiyi imkanlardan daha üstündür. "IMS" sistemi vasitəsi ilə insan mobil telefonla danışaraq evinə daxil olduğu anda avtomatik mobil şəbəkədən sabit şəbəkəyə yönəlir və abunə danışığını artıq sabit şəbəkə vasitəsi ilə davam etdirə bilir", - deyə nazirin birinci müavini qeyd edib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL