Polşanın Elm və Texnologiya Universiteti ilə əməkdaşlığın yeni imkanları müzakirə olunub
İnformasiya texnologiyalarına (İT) tələblərin labüd olduğu bir dövrdə İT biliklərinin artırılması və istifadəsi bir zərurətə çevrilib və çevrilməkdədir. Eyni zamanda bu biliklərin beynəlxalq standartlarla ölçülməsi peşəkar həyatın tələbləri halına gəlib.
Bu baxımdan, Qafqaz Universiteti (QU) “Tempus ENOTES” (Azərbaycan universitetlərində ECDL mərkəzlərinin qurulması) layihəsini həyata keçirərək, İT sahəsində günümüzün tələbələrinə cavab verən bilikləri ötürən mərkəzlərini qurur və bu bilikləri mənimsənildiyinin göstəricisi olan ECDL beynəlxalq sertifikatını təqdim edir.
Universitetdən bildirilib ki, layihə ilə bağlı olaraq QU-nun və layihənin Azərbaycandan tərəfdaş universitetlərinin nümayəndələrindən ibarət heyət Polşanın Buzqo şəhərində yerləşən Elm və Texnologiya Universitetinə (UTP) səfər ediblər. UTP-nin nəzdində olan Regional İnnovasiyalar Mərkəzində UTP-nin rəhbərliyi, ECDL mərkəzinin nümayəndələri, beynəlxalq əlaqələr, İT, dizayn və fakültə heyəti ilə görüşlər keçirilərək müzakirələr aparılıb.
Eyni zamanda Azərbaycandan gedən tərəfdaş universitetlər də bu istiqamətdə öz təqdimatları ilə çıxış edib və ölkəmizdə də ECDL mərkəzlərinin qurulması prosesləri haqqında məlumat veriblər.
Daha sonra heyət universitetin İT, mexanika, dizayn laboratoriyaları və texnoparkı, eləcə də dəmir yolu vaqonları istehsal edən “PESA” şirkətində istehsalatla tanış olublar. Həmçinin Buzqo şəhərinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə nəinki İT, eləcə də digər istiqamətlərdə Polşanın Azərbaycanla əməkdaşlıq etmək arzusu vurğulanıb, bu qəbildən olan layihələrin dəstəklənməsinin vacibliyi önə çəkilib.
Səfərlərini Varşava şəhərində davam etdirən heyət beynəlxalq ECDL sertifikatını təqdim edən mərkəzin tələbləri, eyni zamanda iş prosesi ilə yaxından tanış olublar, keçirilən görüşlərdə ətraflı fikir mübadiləsi aparılıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL