waplog

Ermənistanla qoşunların təmas xətti boyunca törədilmiş yanğınların “Azersky” peyki vasitəsilə aparılmış monitorinqinin nəticələri açıqlanıb (FOTOLAR)


2015-ci ilin may-iyun aylarında Ermənistan tərəfindən işğal altında olan ərazilərdə törədilmiş yanğınların "Azərkosmos" ASC-nin operatoru olduğu Yer səthinin məsafədən müşahidə peyki Azersky vasitəsilə aparılmış  monitorinqinin nəticələri açıqlanıb.
 
Məlumdur ki, cəbhə boyu Ermənistan silahlı birləşmələrinin təxribatları yalnız atəşkəs rejimini pozmaqla yekunlaşmır.
 
Belə ki,  mütəmadi olaraq işğal altında olan ərazilərimizdə irimiqyaslı yanğınlar törədilir. Bu il də havaların istiləşməsi və məhsul yığımı dövrünün başlaması ilə qarşı tərəf yenidən cəbhə boyu ərazilərdə silsilə yanğınlar törətməyə başlayıb.
 





Azərbaycanın ilk məsafədən müşahidə peyki olan və yüksək ayırdetmə qrupuna daxil olan "Azersky" peykinin geniş tətbiq imkanlarından biri də çox qısa müddət ərzində və yüksək dəqiqliklə bu yanğınlar üzərində monitorinq aparmaq və dəymiş ziyanın hesablanması üçün dəqiq baza yaratmaqdır.
 






Bu ilin may ayında "Azersky"  peykindən əldə olunan təsvirlərin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunmuş seminarda qeyd edildiyi kimiyanğınlar başlayan vaxtdan etibarən operativ olaraq "Azersky"  peyki vasitəsilə əksər yanğın bölgəsi üzərində monitorinqlər aparılıb, yanğınların müntəzəm olaraq genişlənmə və yayılma istiqamətləri izlənilib. 
 
"Azersky"  peykindən əldə olunmuş təsvirlərin təhlilindən aydın olur ki, monitorinq aparılmış bölgələrdə yanmış ərazilərin ümumi sahəsi təxminən 700km2 təşkil edir. Yanğın nəticəsində ətraf mühitə, o cümlədən ərazinin yaşıl kütləsinə ciddi ziyan dəyib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL