waplog

Fransada “Uber” rəhbərləri həbs edilib


Parisdə “Uber” onlayn taksi sifarişi xidmətinin iki rəhbəri nəzarət altına alınıb. Bu barədə “Le Monde” qəzeti məlumat verib.

 
“Uber France” şirkətinin baş direktoru Timbo Semfal və “Uber”in Avropa üzrə rəhbəri Pyer-Dimitri Qor-Koti “UberPOP” mobil əlavəsinin fəaliyyətinin təhqiqatı çərçivəsində saxlanılıb və informasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə şöbəsinin nümayəndələri tərəfindən sorğu-sual edilib.
 

İyunun 29-da Fransa daxili işlər naziri Bernar Kaznev Paris taksilərinin yoxlanılması üçün əlavə 200 polis nəfərinin ayrılması ilə bağlı göstəriş verib. Sürücünün müvafiq lisenziya olmadan ödənişli xidmətlər göstərməsində şübhələr yaranacağı təqdirdə maşın həbs ediləcək.

 
Respublika Prezidenti Fransua Oland “UberPop” servisinin fəaliyyətinin qeyri-qanuni olması ilə bağlı qərarın qəbul edilməsini, onunla birlikdə işləyən avtomobillərin nəzarət altına götürülməsini tələb edib. B.Kaznev Paris polis rəisinə “UberPop” əlavəsinin fəaliyyətini qeyri-qanuni elan edən sərəncamın verilməsi xahişi ilə müraciət ünvanlayıb.

 
İyunun 24-də Parisdə və ölkənin bir neçə böyük şəhərində kütləvi iğtişaşlara çevrilən etiraz aksiyaları başlayıb.
 

1 yanvar 2015-ci ildə Fransada lisenziya olmadan sərnişindaşımaları ilə məşğul olmağı qadağan edən qanun qüvvəyə minib. 2014-cü ilin dekabrında Fransa Ali Məhkəməsi “Uber” fəaliyyətini qadağan etməkdən imtina edib.

 
Məlumat üçün qeyd edək ki, 2009-cu ildə yaradılan “Uber” şirkətinin mobil əlavəsi taksi və ya fərdi sürücüləri axtarmağa, sifariş və ödəniş etməyə imkan verir. 2014-cü ilin dekabrında şirkət 41 milyard dollar dəyərində 1,2 milyard dollarlıq investisiya cəlb edib, - "Lenta yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL