Beynəlxalq İKT konfransı Rusiya Universitetinin 100 illiyinə həsr olunacaq
Bu il oktyabrın 14-16-da “AICT-2015” beynəlxalq İKT konfransı Rusiyada keçiriləcək.
Oktyabrın 14-dən 16-dək keçiriləcək tədbir şimal qonşumuzun Rostov-Don şəhərində təşkil olunacaq informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi sahəsində ən böyük konfrans-forumlardan hesab olunur.
Sayca IX konfrans olan “AICT-2015” Rostov-Don şəhərindəki Cənub Federal Universitetinin 100 illiyinə həsr olunub. “AICT-2015” Cənub Federal Universitetinin təşkilatçılığı, Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) texniki dəstəyi ilə keçiriləcək.
Bakı, Astana, Daşkənd və Tbilisidə keçirilən əvvəlki konfransların uğurlarına əsaslanaraq, bu il də “AICT-2015” informasiya və kommunikasiya texnologiyaları sahəsində müxtəlif ölkələrin alim, müəllim və tələbələri, tədqiqatçılar, mütəxəssislər arasında yeniliklərin təqdimatı, tədqiqatlar, sınaq və təcrübələrin müzakirəsinin təmin edilməsi üçün xüsusi platformaya çevriləcək.
Konfrans barəsində ətraflı məlumat “AICT-2015”-in rəsmi saytında yerləşdirilib.
“AICT-2015” Beynəlxalq konfransı 80-dək mövzunu əhatə edəcək.
Tədbir “Böyük verilənlərin idarəsi və tətbiqi (Big Data)”, “Verilənlərin əldə olunması (Data Mining) və informasiya mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “İKT-nin tətbiqində ən son tendensiyalar”, “Kommunikasiyalar, şəbəkələr və avadanlıq”, “İKT biznes, idarəetmə və iqtisadiyyatda”, “İKT dövlət xidmətlərində”, “İKT təhsil, humanitar və sosial tədqiqatlarda”, “İKT tibb və səhiyyədə” bölmələri üzrə aparılacaq.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL