DİQQƏT: "30 iyun 2015-ci il saat 23:59:59"
Hələ cari ilin əvvəlində Beynəlxalq Yer Dövretmə Xidməti (International Earth Rotation and Reference Systems Service - IERS) 30 iyun 2015-ci il tarixində saat 23:59:59-da dünya vaxt sisteminə yenidən əlavə saniyə tətbiq etmək barədə qərar qəbul edib. Bu yeniliyin bir sıra internet resurslarının, əlavə və əməliyyat sistemlərinin işində fasilələr yaratması da istisna edilmir.
Məlumat üçün bildirək ki, əlavə saniyə artıq 2012-ci ildən tətbiq olunur. Hələ o vaxt, bu yenilik bir çox elektron xidmətlərin və internet saytlarının, o cümlədən "Reddit" və "LinkedIn" şəbəkələrinin fəaliyyətində problemlər yaradıb. Həmçinin aeroportların dispetçer xidmətlərinin və aviabiletlərin sifarişi üzrə servislərin işində fasilələrin yaranması qeydə alınıb.
Ekspertlər xəbərdarlıq edir ki, bu ildə oxşar hadisələrin təkrar olunacağı istisna edilmir. Belə ki, sosial şəbəkələr, bilet sifarişi və digər servislərin işi dayana bilər. Bundan başqa, ekspertlər "MySQL" serverlərinin, "Java", "Linux" və s. platformaların işində problemlərin yarana biləcəyini ehtimal edirlər. Onların belə qənaətə gəlməsinə səbəb isə bu sistemlərin əlavə vaxt üçün hesablanmamasıdır.
Məlumat üçün bildirək ki, "Saniyə koordinasiyası" dünya üzrə koordinasiya edilmiş vaxta onun "UT1" Günəş şkalası ilə uyğunlaşdırılması üçün əlavə olunan saniyədir.
Məsələ ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi də xəbərdarlıqla çıxış edib.
Qurumdan bildirilib ki, Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı ziddiyyətlər meydana çıxır.
Dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır.
Belə ki, kompüterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən tənzimləyir. Nəticədə, vaxtın 1 saniyə irəli çəkilməsini kompüter qurğuları sistemdə səhvlik kimi başa düşüb öz fəaliyyətini dayandıra bilərlər.
Bununla bağlı, mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədi ilə 30 iyun tarixində saat 23:58-də 5 dəqiqəlik kompüterləri söndürməyi tövsiyə edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL