“Gartner”: “2015-ci ildə dünya İT bazarının həcmi 5,5 faiz azalacaq”
2015-ci ildə dünya informasiya texnologiyaları (İT) bazarının həcmi 3,5 trilyon dollar təşkil edəcək ki, bu da 2014-cü ildən 5,5 faiz azdır.
“Gartner” şirkətinin analitikləri bazar həcminin azalmasını pul ifadəsində dolların möhkəmlənməsi ilə izah edirlər. Daimi məzənnəyə nisbətdə bazarın həcmi 2,5 faiz yüksələcək. Lakin hələ apreldə analitiklər daimi məzənnəyə nisbətdə ABŞ dollarının 3,1 faiz artımını və 1,3 faiz azalmasını proqnozlaşdırmışdılar.
Analitiklər qeyd edir ki, məzənnənin artmasına görə istehsalçılar qiymətləri artırmağa məcburdurlar ki, bu da həm korporativ, həm də istehlakçı seqmentində alıcılıq qabiliyyətinə təsir göstərir.
Bildirilir ki, xərclərin daha çox hissəsi hələ də rabitə xidmətlərinin payına düşür. Bu il dünyada qeyd olunan xidmətə 1,5 trilyon dollar xərclənəcəyi gözlənilir. Bundan başqa, bu seqmentdə satış həcminin azalması digər seqmentlərə nisbətən daha çoxdur. Ötən illə müqayisədə satışın 7,2 faiz azalacağı proqnozlaşdırılır.
Qurğular seqmentində mobil telefonlar lider olaraq qalır. Fərdi kompüterlər və planşetlərin satışı azalır ki, buna da dolların məzənnəsinin artması təsir göstərir.
Məlumat emalı mərkəzləri üçün avadanlıqlar seqmentində məlumat saxlama və şəbəkə avadanlığı sistemlərinin satışı aşağı düşür, lakin serverlər bazarına onların əvəzlənməsi müsbət təsir göstərir. Həmçinin İT xidmətləri xərclərinin 4,3 faiz, korporativ proqram təminatı xərclərinin 1,2 faiz - 654 milyard dollaradək azalacağı gözlənilir, - "Computerworld” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL