waplog

Texniki baxış nəticəsində 6 ayda 245 akt tərtib edilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV)  müvafiq qaydada texniki baxış keçirilərək 245 akt tərtib edilib.
 
Texniki baxış radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi  (REVİNŞ) və Efirə radionəzarət  şöbəsinin (ERNŞ) bölgələr üzrə efirə radionəzarət məntəqələrinin (ERNM) mühəndisləri tərəfindən 2015-ci  ilin 6 ayı ərzində iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən həyata keçirilib.
 
Müəssisə və təşkilatlarda  keçirilən texniki baxış zamanı 108 ədəd  DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb.
 
Onlardan 48 ədədi möhürlənib, 35 ədədi qeydiyyata salınıb, 7 ədədi silinib və 18 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
 
 
      Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 12 protokol yazılıb və müvafiq  hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL